Əmisi ət satmaqdan imtina etdi - 4 nəfəri güllələdi

Əmisi ət satmaqdan imtina etdi - 4 nəfəri güllələdi

Bu gün Gürcüstanın Rustavi şəhərindəki bazarda atışma baş verib. Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

 

Sfera.az bildirir ki, atışma nəticəsində 4 nəfər həlak olub.
 

Ölənlər arasında silahlı şəxsin bazarda işləyən əmisi də var. Hadisəni törədənin əmisi oğlu da yaralanıb və xəstəxanaya yerləşdirilib.
 

İnsanlara, o cümlədən qohumlarına atəş açan şəxs hadisə yerindəcə yaxalanıb.
 

Yerli media ölənlər arasında taksi sürücüsünün də olduğunu bildirib. Silahlı şəxs sürücüdən onu cinayət yerindən uzaqlaşdırmasını istəyib.
 

Silahlı şəxsin ət üstündə yaranan mübahisədən sonra atəş açdığı bildirilir.


"Əhval-ruhiyyəsi yaxşı idi, ət satan əmisinin yanına getdi. Mənə ət ver, dedi. Əmisi imtina etdikdən sonra silahını çıxarıb atəş açdı" - deyə hadisə şahidləri bildirib.
 

Şahidlərin sözlərinə görə, həmin şəxs bazarda 3 nəfəri və bir taksi sürücüsünü öldürüb. Sürücü cinayətkarı hadisə yerindən qaçırtmaqdan imtina edib.
 

Mətbuat həmçinin atəş açan şəxsin psixoloji problemləri olduğunu yazıb. Bazar işçiləri onun tez-tez spirtli içki qəbul etdiyini bildiriblər.
 

Hadisə şahidlərinin sözlərinə görə, saxlanılan oğlan təxminən iki ay əvvəl bazarda işləyib və əmisinə kömək edib. Özünün ferması var olub, yaşlı əmisi isə bazarda ət satmaqla məşğul olub.
 

Ölən taksi sürücüsü bazara, ət almağa gedib və təsadüfən hadisələrin iştirakçısına çevrilib. Güllə səsi eşidəndə o, vurulanlara kömək etmək üçün qaçıb. Daha sonra qeyd olunduğu kimi, silahlı şəxsi hadisə yerindən aparmaqdan imtina etdiyi üçün güllələnib.
 

“Səhər bu taksi sürücüsü gördüm, mənə: “Gedib ət alıb qayıdacağam” dedi və sonra bu hadisə baş verdi”-deyə bazar işçisi bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR