Rusların Putinə etimad faizi ARTIB - SORĞU 

Rusların Putinə etimad faizi ARTIB - SORĞU 

Rusların əksəriyyəti Putinin fəaliyyətini müsbət qiymətləndirib.

 

Sfera.az bildirir ki, bununla bağlı İctimai Rəy Fondu keçirdiyi sorğunun nəticələrini dərc edib.

 

Qeyd olunub ki, müsbət düşünənlər əhalinin 81 faizini təşkil edib. Bundan əlavə, Putinə etimad səviyyəsi 80% olub. Sorğu fevralın 2-dən 4-dək aparılıb və ölkənin 53 rayonunda 104 yaşayış məntəqəsini əhatə edib. Burada 1500 respondent iştirak edib.

 

Bundan əvvəl Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya vətəndaşlarının Prezident Vladimir Putinə etimadı ilə bağlı sorğu məlumatlarını dərc etmişdi.

 

Nəticələrə görə, respondentlərin 78,5%-dən çoxu Rusiya liderinə güvənir.

 

Günay


OXŞAR XƏBƏRLƏR