İlon Mask Vladimir Putinlə RAZILAŞDI: "Axmaq addım idi”

İlon Mask Vladimir Putinlə RAZILAŞDI:

“SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask Vladimir Putinin ABŞ-nin dollardan dünya səhnəsində mübarizə aləti kimi istifadə edərək böyük strateji səhvə yol verdiyi barədə fikirləri ilə razılaşdığını bildirib. 

 

Sfera.az xəbər verir ki, iş adamı müvafiq paylaşımı X sosial şəbəkəsindəki səhifəsində edib.

 

“Biz dolları silahlandırmaqla həddi aşmışıq. Bu, axmaq addım idi”, - milyarder yazıb.

 

Qeyd edək ki, sözügedən müsahibə üçün xüsusi olaraq Moskvaya uçan amerikalı teleaparıcı Taker Karlsonu Kremldə qəbul ediblər. Putin ona müsahibə verib.Prezident jurnalistə Rusiya və Ukraynanın tarixindən təxminən yarım saata yaxın danışıb, həmçinin Ukraynadakı hərbi əməliyyatla bağlı bir sıra sualları cavablandırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR