Baydenlə bağlı İDDİALAR GÜNDƏMDƏ: “Oğlunun öldüyünü xatırlamır” – Ağ Ev rəhbərini QƏZƏBLƏNDİRƏN SUAL

Baydenlə bağlı İDDİALAR GÜNDƏMDƏ: “Oğlunun öldüyünü xatırlamır” – Ağ Ev rəhbərini QƏZƏBLƏNDİRƏN SUAL

Baydenin yaşı və psixoloji sağlamlığı yenidən gündəm olub.

 

Sfera.az bildirir ki, ABŞ Prezidentinin evindəki məxfi sənədləri araşdıran xüsusi prokuror Robert Hur tərəfindən hazırlanan son hesabat müzakirələr yaradıb.

 

Belə ki, ABŞ Ədliyyə Departamenti Baydenin 2016-cı ildən bəri məxfi sənədlərdən necə istifadə etməsi ilə bağlı hesabat yayıb.

 

Bununla belə, sənədlərdə Ağ Ev rəhbərinin sağlamlıq vəziyyəti ön plana çıxıb. 388 səhifəlik hesabatdakı təfərrüatlara görə, 81 yaşlı Bayden, Barak Obama administrasiyası dövründə vitse-prezident olmuş, 2015-ci ildə xərçəngdən dünyasını dəyişən oğlu Bounun ölüm tarixini xatırlamır. Hadisəni araşdıran xüsusi komissiya prezidentin yaddaşının problemli olduğuna diqqət çəkib və onu "yaddaşı zəif olan yaxşı niyyətli qoca" adlandırıb.

 

Sözügedən hesabatdan sonra ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Baydenin prezidentliyə uyğun olmadığını iddia edib.

 

Trampın sözçüsü Karolin Leavitt “Əgər yaddaşı bu qədər pisdirsə, ölkəmizi idarə edəcəyinə necə etibar edə bilərik?” deyib.

 

Bayden isə ona hesabatla bağlı sual verən jurnalistlərə qəzəblənib və “Yaddaşım çox yaxşıdır”, - vurğulayıb.

 

“Bəli, qocalmışam, amma nə etdiyimi çox yaxşı bilirəm. Oğlumun öldüyü zamana qalanda isə, kiminsə bunu mənə xatırlatmasına ehtiyacım yoxdur".

 

Qeyd edək ki, 81 yaşlı Bayden tez-tez yaşı, yaddaş vəziyyəti və kobud səhvləri ilə gündəmə gəlir. Lakin bu, noyabrda keçiriləcək seçkilər öncəsi önəmli məsələyə çevrilib.

 

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp da evindən tapılan məxfi sənədlərə görə mühakimə olunur. May ayında Floridada mühakimə olunacaq Trampdan fərqli olaraq, Bayden hüquqi prosesə mane olmayıb və əməkdaşlığa razılaşıb. Tramp isə uzun müddət ona qarşı irəli sürülən ittihamları rədd edib və qarayaxma kampaniyası aparıldığını iddia edib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...