Netanyahu, Sisi və Meksika prezidentini səhv salan Bayden: "Yaddaşım yaxşıdır"

Netanyahu, Sisi və Meksika prezidentini səhv salan Bayden:

ABŞ Prezidenti Co Bayden yaddaşının zəifləməsi ilə bağlı tənqidlərə cavab verib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı yaddaşının yaxşı olduğunu bildirib.

 

Xatırladaq ki, cümə günü çıxışı zamanı Bayden jurnalistlərin suallarını cavablandırarkən İsrailin Baş naziri Netanyahunun adını unudub və onu Misir Prezidenti Sisi ilə qarışdırıb. Hətta bu zaman Sisini Meksika prezidenti kimi təqdim edib.

 

“Bildiyiniz kimi, əvvəlcə Meksika Prezidenti Sisi humanitar yardımın keçməsi üçün keçid məntəqələri açmaq istəmirdi. Mən onu razı saldım ki, İsrail tərəfində postlar açsın. Mən İsrailin Qəzza zolağına humanitar yardımın aparılmasına icazə verməsində çox israrlı idim”, - Bayden bildirib.

 

Bu hadisədən sonra jurnalistlər dövlət başçısının yaşını nəzərə alaraq onun yaddaşının zəiflədiyi fikrini irəli sürüblər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...