Səlahəddin Demirtaşın həyat yoldaşı namizədlikdən İMTİNA ETDİ

Səlahəddin Demirtaşın həyat yoldaşı namizədlikdən İMTİNA ETDİ

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Demirtaşın həyat yoldaşı Başak Dəmirtaş İstanbul namizədliyindən imtina edib. 

 

Sfera.az xəbər verir ki, ilk olaraq Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) heyətləri arasında görüş keçirilib. Daha sonra DEM Partiyası İstanbulda namizəd irəli sürmə qərarı alıb. Namizədliyə ən güclü şəxs HDP-nin keçmiş həmsədri Səlahəddin Demirtaşın həyat yoldaşı Başak Demirtaşın DEM Partiyasının İstanbul namizədi olmayacağı açıqlanıb.Yerli seçkilər yaxınlaşdıqca DEM Partiyası cəbhəsində İstanbul namizədinin kim olacağı sual altındadır. 

 

Bəs Dəmirtaşın namizədliyi müəyyən olunduğu halda niyə ondan imtina edildi? 


Ədirnə Həbsxanasında saxlanılan Səlahəddin Demirtaşdan “Başak Xanımın namizədlik bəyanatı partiyamızı gücləndirmək məqsədli idi” mesajı gəlib. Demirtaşa oxşar açıqlama verən Ahmet Türk “Başak Demirtaş sırf namizəd olmaq üçün müraciət etməyib. Bu, partiyanın hər yerdə namizəd irəli sürməsi ilə bağlı mesaj kimi qiymətləndirilməlidir" açıqlamasını verib.

 

DEM Partiyasının İstanbul namizədini partiya sözçüsü Ayşegül Doğan fevralın 9-da Ankaradakı qərargahında açıqlayacaq. Namizəd olacağı xəbəri yayılan adlar arasında HDP-də aktiv siyasətdə olanlar da var. Bundan əlavə, CHP və DEM Partiyası arasında şəhər uzlaşması çərçivəsində danışıqlar davam edir. Əldə edilən məlumata görə, DEM Partiyası İzmir və Mersində namizəd irəli sürməyi planlaşdırmasa da, İstanbul, Ankara və Antalyada namizəd irəli sürməkdə qərarlıdır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...