“Ermənistan sülh müqaviləsi üçün bu dəyişikliyi etməlidir” - AÇIQLAMA

“Ermənistan sülh müqaviləsi üçün bu dəyişikliyi etməlidir” - AÇIQLAMA

Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirəcəyi haqqında erməni mediasında bəzi məlumatlar yayılıb. Bu informasiyaların yayılması cəmiyyətin nəbzini yoxlamaq məqsədi daşıyır.

 

Sfera.az xəbər verir ki, bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“N. Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün bu dəyişiklik qaçılmazdır. Müxtəlif formada manevr siyasəti həyata keçirən, sürüşkən mövqeli N. Paşinyana inanmaq mümkün deyil. O, dünyada, regionda gedən geopolitik vəziyyətin dəyişəcəyinə və Ermənistan üçün əlverişli şəraitin yaranacağına ümid edirdi. Nikol bu ümidlərin doğrulmadığını görərək konstitusiya dəyişikliyi ilə bağlı çıxışlar etdi. Onun nə qədər öz sözünə sadiq qaldığını zaman göstərəcək. Ermənistan həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə bütün sferalarda əməkdaşlıq üçün əsassız torpaq iddialarından əl çəkməlidir. Ona görə, konstitusiya dəyişikliyi etməlidir. Amma maraqlı məqam ondan ibarətdir ki, uzun illər öz siyasətini kilsələrdə formalaşdıran, işğalçı, dağıdıcı təfəkkürdə olan ermənilər Azərbaycana və Türkiyəyə qarşı irəli sürdükləri əsassız torpaq iddialarından əl çəkə biləcəklərmi? Təəssüf ki, reallıq onun göstərir ki, bu toplum qarşlıqlı əməkdaşlığa, normal qonşuluq prinsiplərinə və ümumilikdə sülhə hazır deyil”.

 

Əkrəm Baydəmirli diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin uzanması və yaxud heç imzalanmaması bizi məyus etməməlidir.

 

“Buna görə, ermənilər narahat olmalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...