Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə ÇATDI

Hadisə
13:25 / 09.02.2024
4068
Filippinin Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 110 nəfər isə itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.
Bildirilib ki, dağıntılar altından 30-dan çox insan xilas edilib.
Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib.