Ərdoğan: "İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb"

Siyasət
11:24 / 09.02.2024
4651
2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib.
O bildirib ki, Gənclər Forumu bu gün geniş coğrafiyaya yayılıb: “Gənclərimizin fəaliyyətini bir çox prosesə, o cümlədən Qəzzadakı müharibəyə münasibətində görürük. İslam ölkələri olaraq Yaxın Şərqlə bağlı diplomatik səylərimizi davam etdiririk”.