Putinin Qərb mediasına SENSASİON MÜSAHİBƏSİ: “Ukrayna müharibəsini Conson başlatdı, qələbə illüziyadır...”

Putinin Qərb mediasına SENSASİON MÜSAHİBƏSİ: “Ukrayna müharibəsini Conson başlatdı, qələbə illüziyadır...”

Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi müzakirə obyektinə çevrilib.

 

Sfera.az bildirir ki, müsahibə Qərbdə böyük səs-küyə səbəb olub. Milyarder iş adamı İlon Mask da söhbəti canlı izləyib. Müsahibənin diqqətçəkən məqamları da açıqlanıb. Belə ki, Putinin istifadə etdiyi bu fikirlər gündəm olub:

 

-  Rusiya Federasiyası Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir, gec-tez bu baş verəcək. Kreml istənilən rəhbərliklə işləməyə hazırdır.

 

- Rusiya dəfələrlə sülh ilə həll yolları təklif edib, amma heç kim bizi dinləməyib.

 

-  Döyüş meydanında Rusiya Federasiyası üzərində qələbə haqqında fikirlər bir illüziyadır. Sabiq britaniyalı nazir Boris Conson Ukraynanı müharibə yoluna sövq etdi. Conson indi haradadır? Müharibə davam edir.

 

- Biz nə Polşaya, nə Latviyaya, nə də NATO-ya hücum etmək fikrindəyik. Rusiyanın orada maraqları var.

 

- ABŞ Ukraynada muzdluların sayına görə liderlər sırasındadır. Birləşmiş Ştatlar Rusiya Federasiyasında “zəif liderliyin” yaranmasına can atır. Lakin bu, Vaşinqton üçün də təhlükəlidir.

 

- Müharibəni dayandırmaq istəyirsiz? O zaman, Kiyevə silah göndərməyi dayandırın.

 

Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirmişdi.

 

Xatırladaq ki, Putin sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib. O, Rusiya Enerji Həftəsinin plenar iclası başa çatdıqdan sonra ABŞ-nin “CNBC” telekanalının aparıcısı Hadley Qambl ilə danışıb.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR