Çin Yeni ili yaxınlaşır - Nə vaxtdı və hansı ənənələr mövcuddur?

Çin Yeni ili yaxınlaşır - Nə vaxtdı və hansı ənənələr mövcuddur?

Çin Yeni ili 2024-cü il fevralın 10-da başlayacaq.


Sfera.az bildirir ki, Xoşbəxt Bahar (春节) kimi də tanınan bu bayram Çin təqvimində ən mühüm bayramdır və 15 gün qeyd olunur. Şərq xalqları Yeni ili bizdən bir qədər gec (yanvarın 12-dən fevralın 19-na kimi) qeyd edirlər. İnsanlar onu “nyan” adlandırırlar. “Nyan” - il deməkdir. Qədim əfsanəyə görə, Nian dənizlərin dərinliklərində yaşayan və ildə bir dəfə sudan çıxan buynuzlu canavardır. Çin Yeni ilinin tarixi ay təqvimi ilə müəyyən edilir - qış gündönümündən sonra ikinci yeni ayda qeyd olunur.


Bəs Çin Yeni ilində hansı ənənələr və mərasimlər mövcuddur?


Ev təmizliyi - Yeni il öncəsi köhnədən xilas olmaq və yeni enerjilərə yer açmaq üçün evlər hərtərəfli təmizlənir.



Yemək bişirmə - Bu bayramda ailə birliyini və xoşbəxtliyini simvolizə edən Çin küftəsi (汤圆), kimi xüsusi yeməklər hazırlanır.



Qırmızı bəzəklər -Qırmızı rəngin Çin mədəniyyətində şans gətirdiyinə inanılır. Buna görə də qırmızı bəzəklər, o cümlədən, posterlər və Çin fənərləri evləri və küçələri bəzəmək üçün istifadə olunur.


Bayram Paradları və tədbirləri - Bir çox Çin şəhərlərində əjdahalar və şirlərlə paradlar, atəşfəşanlıq, ənənəvi rəqslər və tamaşalar keçirilir.


Qırmızı zərflər (Yanbao)- Böyüklər uşaqlara hədiyyə olaraq içində pul olan qırmızı zərflər verir. Bu yeni il üçün uğur və firavanlıq rəmzidir.


Məbəd ziyarətləri və dualar - Bir çox insan yeni ildə uğur və firavanlıq üçün dualar etməyə görə məbədləri ziyarət edir.

Rituallar və adət-ənənələr - Çinlilər bu bayramda ailəvi şam yeməyi, mənfi enerjinin təmizlənməsi, həmçinin müxtəlif dini ayinlər üçün rituallar yerinə yetirirlər.

 

Aynil
Sfera.a


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...