Sumqayıtda kütləvi zəhərlənmə oldu

Cəmiyyət
21:15 / 08.02.2024
7090
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.
Sfera.az xəbər verir ki, müəssisədə işləyən dörd qadının - Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova və Simnarə Ağabəy qızı Yarmədova dəm qazından zəhərləndikləri bildirilir.
Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.