Zelenski Zalujnını istefaya göndərdi, yerinə onu TƏYİN ETDİ

Dünya
21:11 / 08.02.2024
7066
Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin edilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu haqda teleqram kanalında məlumat verib.
“Mən general-polkovnik Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin etdim”, - deyə Zelenski açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Sırski Ukrayna quru qoşunlarının komandanı vəzifəsində çalışıb.
Xatırladaq ki, fevralın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə görüşdüyünü və iki illik fəaliyyətinə görə ona təşəkkür etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, indi ordu komandanlığını yeniləməyin vaxtıdır.