Ceyhun Bayramov braziliyalı senatorla görüşdü

Ceyhun Bayramov braziliyalı senatorla görüşdü

Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federal Senatında Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar, ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.

 

Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

 

Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 

Söhbət zamanı, həmçinin bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO -YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.   Sfera.az xəbər ...

Bakıda 4 otaqlı ev tamamilə yandı

Bakıda 4 otaqlı ev tamamilə yanıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, paytaxtın...