Şimal Cənubla razılaşmaları ləğv edir – Koreya yarımadasında gərginlik artır

Şimal Cənubla razılaşmaları ləğv edir – Koreya yarımadasında gərginlik artır

Şimali Koreya Cənubi Koreya ilə iqtisadi əməkdaşlıq haqqında bütün qanunları ləğv etmək qərarına gəlib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Şimali Koreya Mərkəzi Xəbər Agentliyi yayıb. 


Şimali Koreya Ali Xalq Məclisində dünən keçirilən iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığa və beynəlxalq turlara dair qanunların ləğv edilməsi haqqında qərar qəbul edilib. 


Cənubi Koreyadan verilən açıqlamada isə Şimali Koreyanın bu addımının gözlənilməz olmadığı bildirilib. 


Xatırladaq ki, Şimali Koreyanın Ali Xalq Məclisi yanvarın ortalarında Cənubi Koreya ilə əlaqələrin idarə olunmasına cavabdeh olan əsas dövlət qurumlarını - Sülh Məsləhətli Birləşmə Komitəsini, Milli İqtisadi Əməkdaşlıq Bürosunu və Beynəlxalq Turizm Administrasiyasını ləğv edib. 


Ölkə lideri Kim Çen In Cənubi Koreyanı "daimi əzəli düşmən" kimi təyin etmək üçün konstitusiyanın yenidən yazılmasını istəyib.


Vasif


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...