"Ermənistanla Azərbaycan arasında dialoqda Rusiyanın alternativi yoxdur" - Qaluzin

Ermənistanla Azərbaycan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur. 

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya 24” televiziyasına müsahibəsində bildirib.

 

Qaluzin Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesini şərh edib. 

 

O qeyd edib ki, Rusiyanın bu gün vəzifəsi iki ölkəyə barışıq və dinc əməkdaşlıq axtarışlarında kömək etməkdir.

 

“Ermənistan və Azərbaycan arasında münasibətlərin əsasları Rusiyanın himayəsi altında və prezident Vladimir Putinin təşəbbüsü ilə yaradılıb”, - Rusiya rəsmisi vurğulayıb.

 

Qaluzin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bütün kompleks məsələlər üzrə yardım göstərir:

 

“Rusiya tərəfində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var. Ermənistanın xarici oyunçuları cəlb etmək əvəzinə, üçtərəfli həll prosesinə qayıdacağına ümid edirik. Moskva hər zaman dialoq platforması təqdim etməyə hazırdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR