Avstraliyada QALMAQALLI QANUN: İşçilərini narahat edən müdirlərə 18 min dollarlıq CƏZA 

Avstraliyada QALMAQALLI QANUN: İşçilərini narahat edən müdirlərə 18 min dollarlıq CƏZA 

Avstraliyada işçilərlə bağlı müzakirə edilən yeni qərar səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, sözügedən qanun layihəsinə görə, iş vaxtı xaricində, lazımsız yerə əlaqə saxlandığını və ya narahat edildiyini düşünən işçilər müdirlərinə xəbərdar edə biləcəklər. İşəgötürən xəbərdarlığa əməl etməzsə, Ədalətli İş Komissiyasına şikayət olunacaqlar. Qanun pozulduğu halda isə, onları 18 min dollar cərimə gözləyir.

 

Məlumata görə, yeni qanun bütün işçilərə şamil ediləcək, lakin bəzi istisnalar da olacaq:

 

“Yeni qanun layihəsi işçilərə “əsassız” səbəblərdən iş saatları xaricində zənglərə, SMS və e-poçtlara məhəl qoymamağa imkan verir”.

 

Avstraliyanın baş naziri Entoni Albanese bildirib ki, dəyişikliklər işçilərin hüquqlarını qoruyacaq və sağlam iş-həyat balansını bərpa edəcək.

 

"Günün 24 saatı üçün də maaş almayan bir şəxs 24 saat hazır vəziyyətdə olmamalıdır”, - o əlavə edib.

 

Avstraliya mətbuatında yer alan xəbərə görə, işçilər yeni qanun layihəsini dəstəkləsələr də, bu, müdirlərin qəzəbinə səbəb olub. Avstraliya Ticarət və Sənaye Palatasının rəhbəri Endryu MakKellar yeni qanunu “gülünc” adlandırıb və iş saatları xaricində ünsiyyətin işəgötürənlər və çalışanlar tərəfindən razılaşdırılmalı olduğunu deyib. Avstraliya Biznes Şurasının Baş İcraçı Başçısı Bran Blek isə bu təcrübənin işəgötürənlər üçün çətinlik yarada biləcəyini bildirib və nəticələrinin "dağıdıcı" ola biləcəyi barədə xəbərdarlıq edib.

 

“İşçi” partiyasının qanun layihəsi cümə axşamı Senatda qəbul edilib. “Yaşıllar”, “Lidia Thorpe” və “David Pocock” partiyaları tərəfindən dəstəklənən qərar, qanuna çevrilməzdən əvvəl yekun düzəlişlər üçün Nümayəndələr Palatasına göndəriləcək.

 

Qeyd edək ki, Fransa, İspaniya, Portuqaliya, İrlandiya, İtaliya və Belçika da oxşar qanunlarla işçilərinə hüquq verən ölkələr sırasındadır.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...