Putin seçkilərdə 3 rəqiblə mübarizə aparacaq - ADLAR

Putin seçkilərdə 3 rəqiblə mübarizə aparacaq - ADLAR

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) iclasından sonra məlum olub ki, Rusiya prezident seçkiləri üçün bülletendə 4 namizəd olacaq.

 

Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə federal qurumun rəhbəri Ella Pamfilova bildirib.

 

Bundan əvvəl Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 4 namizədi - Rusiya Kommunistləri Partiyasının lideri Sergey Malinkoviç, Vətəndaş Təşəbbüsü partiyasının namizədi Boris Nadejdin, bloger Rada Russkix və ətraf mühit fəalı Anatoli Bataşevi qeydə almaqdan imtina edib. Komissiyanın bildirdiyinə görə, Nadejdin və Malinkoviçin müdafiəsi üçün imza vərəqlərində qüsurların sayı icazə verilən həddən 5 faiz çoxdur. Russkix və Bataşev öz növbəsində lazımi sayda imza toplaya bilməyiblər.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mərkəzi Seçki Komissiyasının qərarlarını şərh edərkən bildirib ki, komissiya hamı üçün müəyyən edilmiş qaydalara əməl edir.

 

Qeyd edək ki, Rusiya tarixində ilk üç günlük prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək. Dörd namizəd qeydiyyat prosedurunu başa vurub: hazırkı dövlət başçısı Vladimir Putin, Rusiya Federasiyası Kommunist Partiyasının nümayəndəsi Nikolay Xaritonov, LDPR lideri Leonid Slutski və “Yeni insanlar”dan parlamentin aşağı palatasının sədr müavini Vladislav Davankov.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR