Yaxın Şərqdə KRİTİK VƏZİYYƏT: “İsrail və HƏMAS üçün yeni təhlükələr var”

Yaxın Şərqdə KRİTİK VƏZİYYƏT: “İsrail və HƏMAS üçün yeni təhlükələr var”

“İsraillə əlaqələri yenidən gözdən keçirmək istəyirik”.

 

Bunu Misir prezidenti Əbdül Fəttah Əl-Sisi deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, sözügedən açıqlama Ərdoğanın Misir səfərindən sonra olub.

 

O qeyd edib ki, Misir Qəzza məsələsindən istifadə edərək yenidən Ərəb dünyasında əsas güc sahibi olmaq fikrindədir:

 

“Qahirə yaxşı başa düşür ki, Ankaradan dəstək gəlməsə, bu, alınan deyil. Çünki Türkiyənin, xüsusilə Ərdoğanın Ərəb dünyasındakı nüfuzu güclüdür. Əbdül Fəttah Əl-Sisi Misirdə siyasi islamın qalıqlarını təmizləmək istəyir. Digər tərəfdən, İsrail Qəzzanı bombalayır, insanlar Misirə qaçır. Bu insanların çoxu HƏMAS və ya digər silahlı islamçı qrupların üzvləridir. Ya da ailə üzvləri bu təşkilatların nümayəndələridir. Bu hal isə Misir Prezidentini ciddi narahat edir. Vaxtilə “FAT” Suriyada Hafiz Əsədə, Misirdə Ənvər Sadata böyük problem yaşatmışdı”.

 

Ekspert bildirib ki, Qahirə üçün ən məqbul variant Mahmud Abbasın rəhbərliyi altında zəif Fələstin dövlətinin yaradılması və Qəzzanın onun tərkibinə keçməsidir:

 

“Misir Qəzzada qarışıqlıq istəmir. Ümumiyyətlə isə, Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və HƏMAS-ı zəiflədəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR