Qələbəmizə həsr olunan MARAQLI LAYİHƏ: "Zəfər səsi" - VİDEO

Qələbəmizə həsr olunan MARAQLI LAYİHƏ:

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi maraqlı bir musiqili layihə hazırlayıb.

 

Sfera.az bildirir ki, “Zəfər səsi” adlı layihə ictimaiyyətə təqdim olunub. Bildirilib ki, layihə Azərbaycan Ordusunun əldə etdiyi Zəfərə həsr edilib.

 

“Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Ali Baş Komandanın düzgün və sərrast strategiyası nəticəsində işğalda olan torpaqların azad edilməsi əsas süjet xəttini təşkil edir. Dünya tarixinə yeniliklər bəxş edən Azərbaycanın zəfər səsi poetik dildə tərənnüm edilir. Layihənin məqsədi xalqımızın “Dəmir yumruq” kimi birləşərək qələbə sevinci, Vətən sevgisi və zəfər səsini musiqi və video vasitəsilə izləyicilərə bir daha aşılamaqdır”, - birlikdən məlumat verilib.

 

“Zəfər səsi” kompozisiyasının musiqisi Ülviyyə Bəbirliyə, sözləri Cavid Şahbazbəyova, aranjimanı isə Bəbir Bəbirliyə məxsusdur. Layihədə vokal ifaçıları İlkin Dövlətov, Kənan Qədimov, Ülkər Əliyeva, Cəmilə Həşimova, Orxan Hüseynli, Sübhan Məmmədzadə, Könül Kərimova, Aytən Orucəliyeva, tar ifaçısı İbrahim Babayev, tütək ifaçısı Nicat Məsimov, zərb alətləri ifaçıları “Amarok” ritm qrupu - Ramil Cahangirov və gitara ifaçısı Taleh Qəhrəmanov iştirak ediblər. Klip rejissor Emil Babayev, operator və montajçı Babak Pourfard tərəfindən ərsəyə gəlib. Videoçarxın çəkilişi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR