Putinin Türkiyə səfəri niyə təxirə salındı? – Səbəb AÇIQLANDI

Putinin Türkiyə səfəri niyə təxirə salındı? – Səbəb AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərinin təxirə salınma səbəbi bəlli olub.

 

Sfera.az bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Putinin Ankaraya səfərinin ləğv olunması Rusiyada keçiriləcək seçki təqvimi ilə əlaqədardır. “Sözügedən səfərin aprelin sonu, ən tez mayın əvvəlində baş tutması planlaşdırılır”, - agentlik əlavə edib.

 

Kremlin sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrlə yanaşı, Ukrayna da daxil olmaqla, regional məsələlər müzakirə olunacaq. Bundan əvvəl Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini açıqlamışdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR