Pakistan parlament seçkilərində bu xidməti DAYANDIRDI

Pakistan parlament seçkilərində bu xidməti DAYANDIRDI

Pakistan parlament seçkilərində səsvermə zamanı mobil rabitə xidmətlərini müvəqqəti dayandırıb.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, milyonlarla insan zəng və mobil data xidmətlərindən istifadə edə bilməyib.

 

Seçicilər isə bu qərardan şoka düşüblər və bildiriblər ki, seçicilərə bu cür maneələr yaratmaq əvəzinə köməklik göstərilməlidir.

 

Pakistan daxili işlər nazirliyinin sözçüsü isə görülən tədbir üçün ölkədə baş verən son terror hadisələrini əsas gətirib:

 

"Ölkədə baş verən son terror hadisələri nəticəsində insan tələfatı olub. Asayişin qorunması və potensial təhlükələrlə mübarizə üçün təhlükəsizlik tədbirləri vacibdir".

 

Xatırladaq ki, fevralın 7-də Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində namizədlərin seçki büroları yaxınlığında törədilən iki partlayışda ən azı 30 nəfər həlak olub. Buna görə də ölkənin hər yerindəki seçki məntəqələrində ciddi nəzarət var. Hətta Lahordakı bir stansiyanın girişində silahlı mühafizəçilər və ordu zabitlərinin ərazini mühafizə etdiyi də bildirilib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR