Dünyanı gözəlləşdirməyə çalışarkən özlərini qurban verdilər

Dünyanı gözəlləşdirməyə çalışarkən özlərini qurban verdilər

Bəşəriyyəti bir addım irəli aparmaq üçün gecə-gündüz çalışan və ixtiralarını həyata keçirərkən həyatlarını itirən alimlər olub.

Sfera.az ixtiralarını təcrübədən keçirərkən, özlərini qurban edən alimlərdən bəzilərini təqdim edir.

1. Horace Hunley

 

 

Erkən sualtı qayıqların ixtiraçısı kimi xatırlanan Hunley bu sahədə çoxlu işlər görüb. İllər sonra onun metodlarından istifadə etməklə mühüm texnikalar inkişaf etdirildi, lakin o, sualtı kəşfiyyat zamanı qəzada vəfat edib.


2. Jan-Fransua Pilatr de Rozier

 

 

Dünyanın ilk “şarçısı” Jan-Fransua Pilatr de Rozier, adını daşıyan və gələcək illərdə həyatı asanlaşdıracaq “Roziere” şarlarından birini istifadə edərkən qəza nəticəsində həyatını itirib.


3. Silvestr H. Roper

 

 

Roper bu gün istifadə olunmasa da buxarla işləyən velosipedin ixtiraçısıdır. Bu velosipedləri yaradarkən o, infarkt keçirir və təcrübə mərhələsində qəza keçirir. Bu qəza onun həyatı bahasına başa gəldi. Lakin bir suala illərlə cavab tapılmır:
 

Ürək xəstəliyi qəzaya, yoxsa qəza infarkt keçirməsinə səbəb olub?

 

4. Uilyam Bullok

 

 

1813-cü ildə anadan olan ixtiraçı bu gün də çap maşınları üzərində gördüyü işlərlə yadda qalıb. Təəssüf ki, bu maşınlar onun həyatla vidalaşma yolu idi, istehsal etdiyi çap maşınlarından biri montaj zamanı üzərinə düşdüyü üçün o, həyatını itirib.



5. Otto Lilienthal

 




Planer texnologiyasının və buna görə də təyyarə texnologiyasının atası sayılan Otto Lilienthal tərəfindən həyata keçirilən uçuş təcrübələri Wright Brothers üçün qabaqcıl oldu. O, öz arzuları və bəşəriyyətin rifahı üçün o qədər sədaqətlə çalışdı ki, ixtira etdiyi planerlə sınaq uçuşları həyata keçirərkən yerə çırpılaraq, vəfat edib.


6. Frans Reychelt

 

İxtiralarını səmada axtaran başqa bir ixtiraçı Reycheltdir. İstehsal etdiyi parça paraşütlə təcrübə apardığı illərdə o, nümayiş ümidi ilə Eyfel qülləsinin zirvəsindən tullanmağı planlaşdırırdı. Bu planı həyata keçirərkən yaşadığı nasazlıq onun on metrlərlə yüksəklikdən yerə çırpılmasına səbəb olub.


7. Mari Küri

 

 

Mari Kürini tanıyırsınız. O, Radium və Poloniumu kəşf edən alim idi. Küri bu uğurlu elmi həyatın mənfi nəticəsi olaraq aplastik anemiyadan ölüb.



Bu xəstəlik uzun müddət radiasiyaya məruz qaldıqdan sonra baş verir və o zaman bunu heç kim bilmirdi.


8. Aleksandr Boqdanov

 

 

Rus alimi Boqdanov qanköçürmə yolu ilə sonsuza qədər gənc qalmağın üsulunu axtarırdı. O, bu məqsədlə tələbələrindən birinin qanını öz bədəninə yeritsə də, fəsadlar nəticəsində dünyasını dəyişib.


Hadisənin sonradan bu qanda ya malyariya, ya da başqa qan qrupuna aid olduğu üçün baş verdiyi anlaşılıb.


9. Henri Smolinski

 

Smolinski futuristik dizaynı canlandırırdı. “Ford” modelinə qanadlar əlavə edilərək hazırladığı AVE Mizar adlı uçan avtomobil modelini sınaqdan keçirərkən qəza nəticəsində həyatını itirib.


10. Fred Duesenberg

 

Duesenberg dünya ilə rəqabət aparan bir avtomobil istehsalçısı idi. O, 1932-ci ildə öz şirkəti olan və adını daşıyan Duesenberg markalı avtomobili idarə edərkən baş vermiş bədbəxt qəzadan sonra vəfat edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...