Yüz illərlə insanlara “Ölmək hüququ” verən - Evtanaziya

Yüz illərlə insanlara “Ölmək hüququ” verən - Evtanaziya

Bəzi ölkə qanunlarına görə, evtanaziya edən həkim, qəsdən adam öldürməkdə ittiham edilərək, ömürlük həbs cəzasına məhkum edilir. Bəs evtanaziya necə edilir və hansı ölkələrdə icazə verilir?


Sfera.az bu yazıda sizə məlumat xarakterli yazını təqdim edir.


Evtanaziyanı intiharla müqayisə edənlər olsa da, həqiqət çox fərqlidir.


Ümumiyyətlə, oxşar vəziyyətlə qarşılaşmayan insanlar çox evtanaziyanı asanlıqla şərh edirlər. Öz əqidəsinə görə buna qarşı çıxanlar da var, amma hüquqi baza hər zaman müzakirəyə açıq olmalıdır.


Bəlkə də ölkəmizdə bu, çox müzakirə olunan mövzu deyil, amma evtanaziya bir anlıq da olsa bütün həyatımızda gündəmə gələ bilər.


Evtanaziya, mövcud tibbi məlumatlara görə müalicəsi mümkün olmayan ağır, ağrılı və sıxıntılı xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsinin dayandırılması, onun ölümə buraxılması və ya tibbi vasitələrlə öldürülməsidir.

 

Bu söz yunan dilindən gəlir və "gözəl ölüm" deməkdir.


Əslində bu cür düşünəndə o qədər də qorxulu bir şey görünmür, elə deyilmi?

Evtanaziyanın bayaq izah etdiyimiz iki üsulu var. Bunlardan birincisi, öldürücü maddənin həkim tərəfindən birbaşa xəstəyə yeridilməsi ilə həyata keçirilən aktiv evtanaziyadır. Digəri, daha çox tələb olunduğu kimi, maşınlara bağlı yaşayan xəstənin həyat dəstəyindən çıxarıldığı və ya müalicəsinin dayandırıldığı və xəstənin ölməsi gözlənilən passiv evtanaziyadır.


Evtanaziya necə həyata keçirilir?
 

Xəstə düşündüyü kimi bu dünyanı dinc şəkildə tərk edir, yoxsa prosedur xəstəyə ağrı verir? Bunu təcrübədən keçirənə qədər heç vaxt bilməyəcəyimizə baxmayaraq, araşdırmalar bizə bir proqnoz təklif edir.


Evtanaziya prosesində xəstəyə dərman və ya iynə vurulur.


 

Prosedurdan əvvəl xəstə ölmək istədiyini açıq şəkildə bildirir. Xəstəyə ətraflı məlumat verilir və dərman qəbul etdikdən sonra özünü necə hiss edəcəyi bildirilir.
 

Daha sonra hansı üsul seçilirsə tətbiq edilir, xəstə huşunu itirir və heç bir ağrı hiss etmir.


"İnsan öz həyatına son qoymağı seçə bilməzmi?"-deyə soruşsanız, evtanaziya ilə bağlı məşhur bir mübahisədən danışaq.


İnsanın öz iradəsi ilə qərar verdiyi hallar bir yana, xəstənin iradəsinə zidd olaraq evtanaziyanın həyata keçirildiyi bir çox nümunə var. Evtanaziyaya ailənin yükü olan xəstə və qocalardan qurtulmağın bir yolu kimi baxan insanlar var.



Təəssüf ki, belə dəhşətli məxluqlar da var.

 

Vicdan yükünü də qeyd etmək lazımdır. Xüsusilə onu idarə edən həkim üçün.


Könüllü evtanaziyadan başqa, xəstənin razılığı olmadan evtanaziya böyük məsuliyyət deməkdir. Qərarların qəbulu, icrası, təsdiqi... Hər cəhətdən çox çətin prosesdir.
 

Bəs, hansı ölkələrdə evtanaziyaya icazə verilir?

 

 

Qardaş Türkiyədə buna icazə verilmir. 5237 saylı Türkiyə Cəza Qanununa görə, evtanaziya edən həkim, qəsdən adam öldürməkdən ağırlaşdırılmış ömürlük həbs cəzası alır.


Evtanaziya ilk dəfə Hollandiyada qanuniləşdirilib. Daha sonra evtanaziyaya icazə verən ölkələr sırasına Belçika, Hollandiya, Lüksemburq, Kanada, Kolumbiya, Avstraliya, Yeni Zelandiya və İspaniya da qoşulub.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR