Cinayət, Polis və işsizliyin olmadığı yeganə yer - Marinaleda

Cinayət, Polis və işsizliyin olmadığı yeganə yer - Marinaleda

Dünya terror, zorakılıq, qadın qətli, uşaq təcavüzü, göz yaşı, irqi ayrı-seçkilik, marginallaşma və qanunsuzluqla mübarizə apararkən bəzi yerlərdə tamamilə fərqli idarəçilik və həyat mövcud olmaqda davam edir.


Bunlardan biri də İspaniyanın Sevilya şəhərindəki Marinaleda qəsəbəsidir.
 

Sfera.az bildirir ki, əhalisi 3000 nəfərdən az olan bu kiçik qəsəbəni fərqli edən onun idarəetmə tərzidir.

30 ildən artıqdır ki, sosialist idealları ilə idarə olunan şəhəri mer özü “sülh utopiyası” adlandırır...
 

Marinaleda İspaniyanın cənub-qərbində yerləşən Əndəlüs Muxtar Bölgəsində, Sevilya əyalətində yerləşən kiçik bir şəhərdir. 2014-cü ilin siyahıyaalınmasına əsasən, 25 km2 ərazidə inşa edilən bu şəhərcikdə cəmi 2748 nəfər yaşayır.

Marinaledanın tarixi 5000 il əvvəl, son Neolit ​​və Kalkolit dövrlərinə aiddir.

Hazırda bələdiyyənin əhatə etdiyi torpaqlarda insanların məskunlaşmasının ilk əlamətləri təxminən 5000 il əvvələ təsadüf edir.
 

Ərazidən daş alətlər və toxumlar, yaşayış məskənlərinin izləri aşkar edilmişdir.


Bununla belə, bu şəhərciyi həqiqətən başqalarından fərqləndirən bir xüsusiyyət var: İdarəetmə tərzi.
 

Marinaleda 30 ildən artıqdır ki, Birləşmiş Sol Partiyasından sosialist meri Xuan Manuel Sançes Qordillo tərəfindən idarə olunur.


İndiki məqama çatan Marinaledanın hekayəsi isə 1975-ci ildə faşist diktator Frankonun devrilməsi ilə bağlıdır.
 

1975-ci ildə Franko rejiminin devrilməsindən sonra yaradılmış Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı sosialist bələdiyyəsinin ilk nüvəsini təşkil edir.
 

Demokratiyaya keçiddən sonra keçirilən ilk yerli seçkilərdə Fəhlə Birlik Kollektivi bələdiyyə məclisində 11 yerdən 9-nu qazanıb.


Sonra aclıq aksiyaları, etiraz aksiyaları, işğallar və s. İllərin mübarizəsi nəticəsində 1991-ci ildə El Humoso adlı 1200 hektarlıq ferma müsadirə olunub.
Mübarizə “Torpaq onu əkənlərindir” şüarı ilə aparılır.


Milliləşdirilmiş və fəhlə kooperativinə verilmiş tarla və təsərrüfatları fəhlələr idarə edir.


2650 işçinin çalışdığı kooperativ kənd təsərrüfatı istehsalının bütün əməliyyatlarına cavabdehdir.

 

Zeytun və sitrus meyvələri ilə yanaşı, burada Aralıq dənizi iqliminə uyğun olaraq buğda, lobya, brokoli, bibər kimi məhsullar da yetişdirilir.

 



“Məqsədimiz mənfəət deyil, iş yerləri yaratmaqdır”.

Kənddə tarlada işləyən hər kəs gündə 6 saata 47 avro (təxminən 85 Azn) qazanır.


Gələn gəlirin qalan hissəsi ilə şəhərin ehtiyacları ödənilir. İdman obyektlərinin, yaşıllıq sahələrinin tikintisində və “Özün tik” adlı ucuz mənzil layihəsində istifadə olunur.


1970-ci illərin sonlarında şəhərdə işsizlik səviyyəsi 60% ətrafında idi və Marinaledə ciddi bir yoxsulluq səviyyəsi var idi. Bu gün isə burada bir nəfər də olsun işsiz yoxdur.


2008-ci ildə İspaniyaya böyük təsir göstərən qlobal iqtisadi böhran şəhərə heç bir təsir göstərməyib.


Bu gün Marinaledada işsiz yoxdur və böhrandan sonra çoxları tərəfindən nümunəvi bir model kimi göstərilir.

“Özün Qur” proqramı ilə ayda cəmi 15,52 Avroya (Təxminən 28 Azn) ev sahibi olmaq mümkündür. Yeganə şərt evinizin tikintisində özünüz işləməyinizdir.


Şəhər sakinləri ev kirayəsi ödəyən kimi, aylıq 15,52 Avro (təxminən 26 Azn) ödəməklə ev sahibi olurlar.


Evin tikintisi üçün lazım olan bütün material və avadanlıqlar fəhlə kooperativinin kassasından verilir.


Yeganə şərt odur ki, evə sahib olacaq şəxsin evə girişi olmalıdır.


​Evlər öz qiymətinə görə kifayət qədər rahatdır: 92 m2, 2 mərtəbəli, 3 otaqlı evlərin 100 m2 bağçası və qarajı da var.


Marinaledə təhsil Əndəlusiya Bölgəsinin kurrikuluma uyğun olaraq həyata keçirilir, lakin “vətəndaşlıq təhsili” və “bağçılıq” kimi məktəbdənkənar fəaliyyətlər şəhərin sosialist idealına uyğun olaraq verilir.

 

Ən maraqlısı: Marinaledada polis yoxdur!

Bələdiyyənin polis qüvvəsi yoxdur. Bununla belə, burada cinayət və ya heç bir ayrı-seçkilik yoxdur...
 

Onlar bu vəziyyəti “zülm”lə yox, “vətəndaş hüquqları və maarifləndirmə” ilə izah edirlər. Həm də polis təşkil etməməklə ildə 350.000 Avro (təxminən 640 min Azn) qənaət edirlər.

 

Xarizmatik sosialist prezident Qordillo gördüyü işlərə görə Robin Qud və Don Kixot kimi ləqəblərlə xatırlanır.


Azad, dinc, bərabər hüquqlu və ədalətli həyat tərzi...


Marinaleda bir çox insanlar tərəfindən "utopiya" hesab olunur.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR