75 yaşlı milyoner Uinston Çörçillin diş protezlərini aldı

75 yaşlı milyoner Uinston Çörçillin diş protezlərini aldı

Böyük Britaniyanın əfsanəvi keçmiş baş naziri Uinston Çörçilin protezləri 18 min funt sterlinqə satılıb. Bu da hərracda qoyulan başlanğıc qiymətdən iki dəfə artıqdır.

Sfera.az xəbər verir ki, protezləri 75 yaşlı britaniyalı milyonçu Ceff Tompson (Geoff Thompson) alıb.Protezləri alan şəxs uzun illərdir ki, əfsanəvi siyasətçi ilə bağlı əşyalar toplayır. Onların Böyük Britaniyada qalmalarını istəyir və hamısını nəvələrinə ötürmək niyyətindədir.


Qeyd edək ki, Çörçilin bütün həyatı boyu dişləri ilə bağlı problemlər olub. 20 yaşında artıq o bir neçə dişini itirib.
 

Protezlər isə məşhur liderin təbii nitqini qoruyub saxlaması üçün xüsusi olaraq hazırlanıb.



Altı dişli, qızıl çərçivəli protez diş həkimi Ser Wilfred Fish tərəfindən dizayn edilmiş və texniki Derek Cudlipp tərəfindən hazırlanmışdır. Çörçill həmişə yanında iki cüt diş protezi gəzdirib.
 

"Çörçillin dişləri indiyə qədər satdığımız ən qeyri-adi əşyalar arasındadır. Bu protezlər dəsti İkinci Dünya Müharibəsinin əvvəlində, Çörçill 65 yaşında olarkən hazırlanıb. Güman edilir ki, üç və ya dörd eyni dəst hazırlanıb. Bu protezlərdən biri onunla birlikdə dəfn edilib”- deyə hərracın direktoru Elizabet Poul bildirib.


Cef Tompson Çörçill əşyalarının həvəskar kolleksiyaçısıdır. O, bütün əşyaları evdə saxlamaq istəyir. Qızıl çərçivəli protezlər Çörçillin digər xatirə əşyaları ilə birlikdə onun ofisində nümayiş etdiriləcək.
 

"Bu illər ərzində onun çoxlu əşyalarını, o cümlədən 1964-cü ildə aldığı son avtomobili, Hillman Huskyaldım. Mən onun şəxsi əşyalarına üstünlük verirəm. Onun viski içdiyi kolba belə məndə var. Məndə onun 30-a yaxın şəxsi əşyası, o cümlədən məşhur insanlardan aldığı hədiyyələr var”-deyə iş adamı fəxrlə qeyd edib.
 

O, kolleksiyasındakı bütün əşyaları miras olaraq nəvələrinə ötürməyi planlaşdırır.
 

Bir neçə il əvvəl Cef bir atı sırf adı Uinston Çörçilldir deyə alıb. At hətta, ötən noyabrın 30-da, keçmiş baş nazirin ad günündə yarışda qalib gəlib.
 

Tompson etiraf edir ki, o, Çörçillin siyasi dühasına ürəkdən heyrandır və onun sağlığında bu qədər nailiyyətlərə necə nail olması ilə maraqlanır:
 

"Bu gün də Çörçilə ehtiyacımız var. Demək olmaz ki, o hər şeyi düzgün edib. Heç kim mükəmməl deyil, amma bu ölkənin bizi içində olduğumuz qarışıqlıqdan çıxarmaq üçün onun kimi birinə mütləq ehtiyacı var”.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR