Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ! - Qiymət ARTACAQ + MƏBLƏĞ

Dünya
17:55 / 07.02.2024
18103
Avropa Komissiyası (AK) Şengen vizası üçün rüsumlara yenidən baxılmasını təklif edib.
Sfera.az xəbər verir ki, təşəbbüs dəstəklənərsə, Şengen qiymətləri 2024-cü ilin yay mövsümü başlamazdan əvvəl də arta bilər.
Onlar əsas ödənişi böyüklər üçün 80 avrodan 90 avroya, uşaqlar üçün isə 40 avrodan 45 avroya qaldırmaq istəyirlər. Bununla yanaşı, xidmət haqlarının həcmi də artacaq.
Qeyd edək ki, Azərbaycanda Şengen viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 80 avro təşkil edir.
Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsinə dair müqaviləni nəzərə almaqla, Azərbaycan vətəndaşları üçün viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 35 avro təşkil edir.
Əzizə