"Pullarını ofşor şirkətlərə köçürüb, ərəb dövlətində lüks mənzillər alıb, Zelenski qaçacaq" - SENSASİON İDDİA

Ukraynada qadağan edilmiş müxalifət partiyası - Həyat Naminə Partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib ki, ölkənin hazırkı prezidenti Volodimir Zelenski gizli şəkildə xaricdə daşınmaz əmlak və yaxtalar alaraq qaçmağa hazırlaşır. 


Sfera.az xəbər verir ki, o, Zelenskinin Qərbdən aldığı pulları mənimsədiyini deyib.

 

“Zelenski müharibə adı altında Qərbdən aldığı pulları ofşor şirkətlərə köçürür. Zelenski Ukraynaya, onun iqtisadiyyatına, müdafiəsinə və dövlətçiliyinə pul yatırmaq barədə düşünmür”, - Medvedçuk açıqlamasında bildirib.

 

Siyasətçi iddia edir ki, Zelenski üçüncü şəxslər vasitəsilə bahalı alışlar edir. Məsələn, yaxın dostu Sergey Şefir vasitəsilə dividend almağa davam edərək bütün ofşor aktivlərini ona köçürüb.

 

"2023-cü ilin noyabrında Şefir və onun qardaşı Boris tərəfindən ümumi dəyəri 75 milyon dollar olan iki yaxtanın alınması ilə bağlı məlumat ictimaiyyətə yayılıb",-o deyib. 

 

Siyasətçi qeyd edib ki, Zelenski "Jumeirah" adasında sahəsi 600 kvadratmetrdən çox olan lüks mənzillər alıb. BƏƏ-nin paytaxtı Dubayda da Zelenskiyə məxsus mənzillər var. O vurğulayıb ki, belə bir mənzil Ukrayna liderinə təxminən 16,9 milyon ABŞ dollarına başa gəlib.

 

Medvedçuk bildirib ki, Ukrayna əsgərləri hökumətin özünü zənginləşdirdiyi korrupsiya sxemlərindən əziyyət çəkir. Sadə insanlar evlərini itirib qaçqın vəziyyətinə düşərkən, onların lideri “yeni vətənində” dəbdəbəli həyat planları qurur.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...