Hər uşağa görə 75 min dollar - Tikinti şirkətindən cəsarətli addım

Hər uşağa görə 75 min dollar - Tikinti şirkətindən cəsarətli addım

Cənubi Koreyanın “Booyoung Group” adlı tikinti şirkəti ölkədə son dərəcə aşağı olan doğum səviyyəsini yüksəltmək üçün cəsarətli addım atacaq.


Sfera.az xəbər verir ki, “Booyoung Group” işçilərinə hər doğulan uşağa görə 100 milyon Koreya vonu (təxminən 75 min dollar) ödəməyi planlaşdırdığını bildirib. 


Şirkət əlavə edib ki, 2021-ci ildən bəri uşaq dünyaya gətirən işçilərinə 70 körpə üçün ümumilikdə 7 milyard Koreya vonu (5,25 milyon dollar) nağd pul ödəyəcək. 


Koreyanın rəsmi hesablamalarına görə, 2022-ci ildə ölkədə bir qadının həyatı boyu doğulacaq uşaqlarının orta sayı 0,78-dir. Bu rəqəm dünyada ən aşağı doğum səviyyəsidir. Qadınların doğum əmsalının 2025-ci ildə 0,65-ə düşəcəyi gözlənilir. 


Doğumun aşağı olması əhalinin qocalmasına səbəb olur. Təbii artımın azalmasına baxmayaraq Cənubi Koreya kütləvi immiqrasiyaya da şərait yaratmır.


Vasif


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...