Aygün Kazımova Namiq Qaraçuxurlunu biabır etdi

Aygün Kazımova Namiq Qaraçuxurlunu biabır etdi
Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun adının birgə hallanması şou-biznesdə müzakirə olunan mövzulara başçılıq edir. Hər iki məşhurum birlikdə olduqları 8 il ərzində alınan bağ evinin Namiqdə qalması bəzi mətləblərin üstünü açır. Şərikli bağ evi və meyxanaçının xalq artistinə söz verib almadığı royal məsələsinin necə bitəcəyi çoxlarına maraqlıdır. "Xəzər Maqazin" verilişinə özəl müsahibə verən pop-diva deyib:   "Namiq mənə çox haqsızlıqlar edib. Özünüz bilirsiniz ki, mal-mülkə həris insan olmamışam. O gün eşitdim ki, Namiq deyib: "Aygünə royal bağışlayacam". O mənə royal verməyəcək, royalımı qaytaracaq. Royalı, üstəlik sintezatorumu da qaytarsın. O bağın yanında bir evim və içi dolu əşyalarım da var".   Xalq artisti Namiqin "Aygün hər şeyi şoulaşdırır" açıqlamasına da özünəməxsus cavab verib:   "Namiq, bəlkə, mənim fikirlərimə don da geyindirmək istəyirsən? Bəlkə də ağlından nələr-nələr keçir. Namiq və səmimiyyət antonim, biri-birinə əks olan fikirlərdir. Az deyil, onunla 8 il ömür sürmüşəm. Yəqin ki, bunu da danmaz. Ümumiyyətlə, Namiqdən səmimiyyət gözləməyin.Əgər etiraf, açıq söz mövzulu verilişlər olsa, oraya Namiqi dəvət etməyin. Çünki səmimi deyil, söhbətiniz alınmayacaq".   Aygün xanım əvvəlcə bu mövzunu aralarında həll etmək istədiyini bildirib: "Ona yazırdım ki, hallalıq olsun. Axı biz bunları bərabər, alın tərimizlə qazanmışıq. Bunların hamısını götürmək düzgün deyil. Onun etdiklərinə bundan artıq şərh vermək istəmirəm".



OXŞAR XƏBƏRLƏR

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...