"Mançester Yunayted"in ulduzu "Qalatasaray"a transfer olunur? 

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen İngiltərə klubunda qalacaq. 

 

Sfera.az bildirir ki, daha əvvəl danimarkalının "Qalatasaray"a icarəyə verilə biləcəyi iddia edilirdi. 

 

Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi fevralın 9-da bağlanır.

 

31 yaşlı Kristian Eriksen İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib. O, bir qol vurub və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Çempionlar Liqasında da dörd oyun və bir məhsuldar ötürməsi var. 


Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 13 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR