Dəhşətli qatar qəzası - ölənlərin sayı 100-ü keçdi
Dünya
13:09 / 20.11.2016
967
Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 100-ü ötüb
Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.
XəzərXəbər RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəzada 200-dən çox insan yaralanıb.
Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.
Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.