Rusiyanın qapatdığı məsələni Yaponiya yenidən AÇIR - Müqavilə bağlanacaq?

Rusiyanın qapatdığı məsələni Yaponiya yenidən AÇIR - Müqavilə bağlanacaq?

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamağa çalışır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda keçirilən “Şimal ərazilərinin qaytarılması üçün milli mitinq”də deyib .

 

Onun sözlərinə görə, İkinci Dünya müharibəsinin başa çatmasından 78 il sonra Yaponiyanın şimal ərazilərinin (Kuril adalarının cənub hissəsi) mülkiyyət hüququ ilə bağlı qərarın olmaması təəssüf doğurur.

 

 "Lakin hökumət ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına qətiyyətlə sadiqdir",- o deyib.

 

Kişida vurğulayıb ki, Rusiya-Yaponiya münasibətlərinin pisləşməsi Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə əlaqədar baş verib.

 

Bundan əvvəl Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hazırda Yaponiya ilə sülh müqaviləsi bağlamağın mümkünlüyü mövzusunun Rusiya üçün qapalı olaraq qaldığını deyib.

 

Xatırladaq ki, Moskva və Tokio keçən əsrin ortalarından İkinci Dünya nüharibəsinin nəticələrindən sonra sülh sazişi hazırlamaq üçün danışıqlar aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adaların mülkiyyətində mübahisə edir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın bu ərazilər üzərində suverenliyinin şübhəsiz olduğunu dəfələrlə vurğulayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...