Rekord miqrant axını Baydeni çətin duruma saldı

ABŞ Prezidenti Co Baydenin administrasiyası dövründə ölkəyə miqrant gəlişi rekord həddə çatıb.
Sfera.az BBC-yə istinadən xəbər verir ki, bu, seçkidən əvvəl onun üçün böyük bir siyasi başağrısı olub.
Baydenin fəaliyyət müddəti ərzində ABŞ-yə qanunsuz keçən 6,3 milyondan çox miqrant saxlanılıb ki, bu da Tramp, Obama və ya Corc Buş dövründəkindən daha yüksəkdir.2020-ci ilin əvvəlində pandemiya dövründəki məhdudiyyətlər 53%-dən çox kəskin azalmaya səbəb olub.Bu qadağalar 2021-ci ilin əvvəlində ləğv edildikdən sonra rəqəmlər durmadan artaraq 2023-cü ilin dekabrında 302 mini keçib və rekord həddə çatıb.
Amerikaya gələn miqrantlar arasında ən çox artım Çindəndir. Ötən il ABŞ-Meksika sərhədində 37 mindən çox Çin vətəndaşı saxlanılıb ki, bu da iki il əvvəlki rəqəmdən təxminən 50 dəfə çoxdur.
Firuzə Əliyeva