Biləsuvar və Cəlilabadda seçici fəallığı müşahidə olunur

Biləsuvar və Cəlilabad rayonlarında yerləşən 3 dairə üzrə seçici fəallığı müşahidə olunur.
Sfera.az xəbər verir ki, Report-un Muğan bürosunun məlumatına görə, hər iki rayonda müşahidəçilər seçki prosesini izləyir və seçicilərə sərbəst səsvermələri üçün lazmi şərait yaradılıb.
69 saylı Biləsuvar Seçki Dairəsi üzrə 46 seçki məntəqəsi var. Ümumilikdə bu dairə üzrə 53 min 265 nəfər seçici qeydə alınıb. Onlardan 3 min 545 nəfəri ilk dəfə səs verəcək. 10 məntəqədə veb-kamera quraşdırılıb.
71 saylı Cəlilabad Şəhər Seçki Dairəsi üzrə 51 min 348 nəfər seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.
72 saylı Cəlilabad Kənd Seçki Dairəsi üzrə 47 min 600 nəfər seçici qeydə alınıb. Bu seçki dairəsi ərazisində 45 seçki məntəqəsi yaradılıb. Seçicilərdən 2303 nəfəri ilk dəfə səs verəcək. 5 məntəqədə veb-kamera quraşdırılıb.