Qalmaqallı kitabdan sonra Castin ilk dəfə açıqlama verməyə hazırlaşır

Qalmaqallı kitabdan sonra Castin ilk dəfə açıqlama verməyə hazırlaşır

Britni Spirsin "İçimdəki qadın" adlı xatirələri işıq üzü gördükdən sonra müğənni Castin Timberleyk hara gedirsə, nifrət dalğası ilə üzləşir.
 

Sfera.az xəbər verir ki, Castin məşhur şou aparıcısı Oprah Uninfreyə səmimi müsahibə vermək niyyətindədir. Oprah Uninfreyin proqramında o, münasibətlərinin təfərrüatları və daha çoxunu danışmağı planlaşdırır.


Digər şeylərlə yanaşı, Castin konsertdə keçmiş sevgilisini səhnədən ələ saldığı son hərəkətinin də səbəblərini izah etmək istəyir. Müsahibə tarixi hələ təyin edilməyib.


Timberleykin Opranın şousunda iştirak etmək qərarına təsir edən digər amil onun keçmiş sevgilisi ilə son ictimai mübahisəsi olub. Bildiyiniz kimi, Britni, xatirələrindəki ifşalara görə Castindən üzr istəyib, Castin isə ad günü konserti zamanı səhnədə Britnini ələ salıb.


Castinin səhnədə səsləndirdiyi fikirlər sanki ocağa yağ atmaq, yanğının üzərinə neft tökmək kimi alınıb. Oprah Winfrey kimi tanınmış şou aparıcısı ilə söhbət ideyası bir neçə ay əvvəl yaranıb, indi yenidən müzakirə mövzusudur. Castin, verilişə çıxmaq istəməsə də, pərəstişkarların reaksiyaları və nifrəti onu buna vadar edib.
 

Xatırladaq ki, Britni kitabında 2000-ci illərin əvvəllərində onu abort etdirməyə məcbur etdiyini yazdıqdan sonra istər Britnin pərəstişkarları, istərsə də digərləri Castinə qarşı kin qusmağa başlayıblar.
 

Spirsin pərəstişkarları Castini sözün əsl mənasında təqib ediblər və hətta altı il ərzində ilk trekinin buraxılışını məhv etdilər.


Castinlə 1999-2002-ci illərdə birlikdə olan Britni sənətçinin ad günü şərəfinə çıxışdan əvvəl avtobioqrafiyası ilə "incitdiyi" hər kəsdən üzr istəmək istədiyini söylədi. Daha sonra o, Castinə müraciət edərək əlavə etdi: “Mən də demək istəyirdim ki, musiqiçinin yeni “Egoist” mahnısına aşiqəm.

Britninin ifşası ilə ailə həyatı təhlükə altında qalan Timberleyk isə öz növbəsində ad günündə verdiyi “One Night Only” konsertində: “Fürsətdən istifadə edib heç kimdən üzr istəmək istərdim”-deyə Britnini yenidən ələ salıb.


Aysel


OXŞAR XƏBƏRLƏR

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...

Məzuniyyət gecəsi 80-dən çox tələbə zəhərləndi

Yekaterinburqda Ural Dövlət Hüquq Universitetinin (USLU) 80- dən çox tələbəsi Versal banket zalında məzuniyyətlərini qeyd etdikdən sonra salmonella xəstəliyinə ...

Bu 3 bürc gün ərzində sevinəcək - QOROSKOP

Bəzi bürclər iş həyatında parlayacaq, digərləri eşqdə sürprizlərlə üzləşəcək. Kimiləri isə sakitlik və rahatlıq axtaracaq.    Sfera.az günün bür...

XİN-dən paylaşım: “Milli Birlik Gününüz mübarək, əziz Türkiyə!” – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir...