Almaniya yoxsullaşır - Maliyyə naziri səbəblərdən danışdı

Almaniya yoxsullaşır - Maliyyə naziri səbəblərdən danışdı

Almaniyanın maliyyə naziri Kristian Lindner ölkənin iqtisadi artımı təmin edə bilməməsi səbəbindən getdikcə yoxsullaşdığını bəyan edib.


Sfera.az xəbər verir ki, Bloomberg rəsminin sözlərini sitat gətirib.


Lindner ölkənin iqtisadiyyat naziri Robert Habekin Almaniyanın artıq rəqabətədavamlı olmadığına dair sözlərini xatırladıb. Maliyyə nazirinin özü qeyd edib ki, iqtisadi artım olmadığı üçün ölkə kasıblaşır.



Lindner vurğulayıb ki, Almaniya hökumətinin iqtisadiyyat və maliyyə nazirlərinin təqdim etdiyi vəziyyətin təhlilindən heç bir nəticə çıxarmaması onun üçün ağlasığmazdır.



Bundan əvvəl Almaniya İşəgötürənlər Assosiasiyasının (BDA) rəhbəri Rainer Dahlger bəyan etmişdi ki, alman biznesi ölkə hökumətinə inamı itirir və onun siyasətindən narazıdır.



Əzizə


OXŞAR XƏBƏRLƏR