NASA kosmik gəmisi Yupiter peyki yaxınlığında vulkan püskürmələri gördü

NASA kosmik gəmisi Yupiter peyki yaxınlığında vulkan püskürmələri gördü

“Juno” kosmik gəmisi Yupiterin Günəş sistemində ən çox vulkan olan peyki İo səthinin heyrətamiz yeni görüntülərini əldə edib.


Sfera.az bildirir ki, NASA-nın kosmik gəmisi ikinci dəfə Yupiterin peyki yaxınlığında uçub və vulkan püskürmələrini görüb.


Qeyd edək ki, “Juno” kosmik gəmisi Yupiteri tədqiq etməyə hələ 2016-cı ildə başlayıb. NASA-nın kosmik gəmisi ilk dəfə olaraq maqnit sahəsini, tərkibini və quruluşunu öyrənmək üçün Yupiterə uçub. 2021-ci ildə “Juno” kosmik gəmisinin Yupiterin ən böyük peyklərinin - İo, Ganymede, Europanın (İo, Qanymede və Avropa) tədqiqindən ibarət missiyası başlayıb.


Yupiterin peyki Io Tam ekran


Bu il fevralın 3-də NASA kosmik gəmisi İo-dan ikinci yaxın uçuşunu edərək, Ayın səthinin heyrətamiz fotoşəkillərini çəkib. Toplanmış məlumatlar alimlərə həm İonun səthini, həm də Yupiterin vulkanik peykinin daxili quruluşunu daha yaxşı tədqiq etməyə kömək edəcək.


Ötən il dekabrın 30-da olduğu kimi, “Juno” kosmik gəmisi İo-ya 1500 km məsafəyə qədər yaxınlaşa bilib. Hələlik bu, NASA üçün rekorddur. Bu iki uçuşdan əvvəl “Juno”, (keçən il oktyabrın 15-də) İo-ya 12 min km məsafədə uçmuşdu. Xatırladaq ki, son 20 ildə heç bir kosmik gəmi İo-ya son bu son iki uçuşdakı qədər yaxın uçmamışdır.




NASA alimləri Yupiterin vulkanik peykinin səthinin yeni şəkillərini nümayiş etdiriblər. Bir fotoşəkildə hətta bir və ya iki vulkanın eyni anda püskürməsi əks olunub. Hər halda, şəkillərdə aktiv olan çoxlu vulkanlar görünür.


Yupiterin peyki İo Aydan bir qədər böyükdür. O, qayalı səthə və nazik kükürd dioksid atmosferinə malikdir. Io-nun günəş sistemindəki ən güclü vulkan püskürmələrinə sahib olmasının səbəbi Yupiterin təsirində olmasıdır.


İo, Ganymede, Europa və Callisto da daxil olmaqla, planetə ən yaxın peykləridir. İo planetinin ətrafında uçmaq üçün 42 gün lazımdır. Alimlər hesab edirlər ki, Yupiterin cazibə qüvvəsi İonun daxili hissəsində böyük miqdarda istilik yaradır ki, bu da yüksək vulkanik fəaliyyət və ayın səthinin altında maqma okeanı yaradır.


Qeyd edək ki, “Juno”, xarici günəş sistemindəki bir planetin ətrafında qütbdən qütbə doğru uçan ilk kosmik gəmidir. NASA-nın Yupiterə növbəti yaxınlaşması isə martın 7-də baş tutacaq. Yupiterin çox güclü radiasiya qurşağı olması səbəbindən qiymətli elmi alətlərin zədələnməməsi üçün “Juno” kosmik gəmisi xüsusi mühafizə ilə təchiz edilib. Bu qurğuların köməyi ilə “Juno” maqnit, qravitasiya sahələrini, temperaturu, təzyiqi və Yupiter atmosferinin tərkibini öyrənir.



NASA alimləri “Juno” missiyasını 2025-ci ilin sentyabr ayına qədər uzadıblar. “Juno” gəmisi istənilən kosmik zondun ən böyük günəş panelləri ilə təchiz edilmişdir. Buna görə də, nə qədər ki, cihaz elektrik enerjisi alır, işləyəcək.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...