Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atıldı - CÜTLƏR

Bu gün, fevralın 6-da UEFA-nın Nyon şəhərində (İsveçrə) qadınlararası Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sfera.az bildirir ki, 2023/2024 mövsümü üçün Avropa futbolunun ən yaxşı səkkiz komandası növbəti rəqiblərini müəyyən edib.
Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/4 finalının cütləri:
1. Brann (Norveç) - Barselona (İspaniya);
2. Ayaks (Hollandiya) - Çelsi (İngiltərə);
3. Benfika (Portuqaliya) – Lion (Fransa);
4. Hacken (İsveç) – PSJ (Fransa).
Bu turnirin 1/4 final mərhələsinin ilk oyunları martın 19-20-də keçiriləcək.
Cavab oyunları martın 27-28-də baş tutacaq. Qadınlar arasında Çempionlar Liqasının finalı isə 2024-cü il mayın 25-də İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək. Qeyd edək ki, qadınlar arasında Çempionlar Liqasının hazırkı sahibi Kataloniya "Barselona"sıdır.
Fatimə Lətif