AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilərmi? - AÇIQLAMA

AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilərmi? - AÇIQLAMA

Serbiya AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq Assambleyanın sədrinə müraciət ünvanlayıb. 

 

Bu hadisə Azərbaycanın AŞPA-ya qayıtması üçün yol aça bilərmi? Azərbaycan hansı şərtlərlə bu addımı ata bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, prezident İlham Əliyev bu barədə öz şərtini artıq bildirib:

 

“Dövlət başçısı İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Avropa Şurası rəhbərliyinin vaxtı azdır, Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər”.

 

E.Şahinoğlu qeyd edib ki, Azərbaycanın Avropa stukturundan uzaqlaşıb sonradan qayıtmaq təcrübəsi var:

 

“Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra ölkəmiz Avronest-i (Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı) tərk etdi. Bir il ərzində Brüssellə Bakı arasındakı intensiv dialoq nəticəsində Azərbaycan Avronest-ə qayıtdı. Yəni qarşılıqlı istək olduqdan sonra Azərbaycanın AŞPA-ya da qayıdışı mümkündür”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanın AŞPA-dakı hüququnun bərpa edilməsi üçün iki variant var:

 

“Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib. AŞPA-dakı deputatların əksər hissəsinin Azərbaycanla problemi yoxdur. AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycana səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. 

 

Ancaq bu iki halda mümkündür.

 

Birinci halda AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat və ümumiyyətlə, Avropa üçün zərərli olduğunu anlayaraq məsələyə yenidən baxılmasında maraqlı olmalıdır. İkinci halda Milli Məclis rəhbərliyi və parlamentimizdəki Avropa dövlətləri ilə dostluq qruplarının rəhbərləri və üzvləri fəallıqlarını artıraraq Azərbaycanın səsvermə hüququnun bərpasının vacibliyini həmkarlarına izah etməlidirlər. Bunun üçün Avropa paytaxtlarında görüşlər keçirilməli, geniş izahat işi aparılmalıdır”.

 

Siyasi şərhçi sonda əlavə edib ki, bu iş ötən ilin oktyabrında başlamalı idi:

 

“AŞPA-dakı məlum qrup məhz 3 ay əvvəl Azərbaycan əleyhinə sənəd üzərində fəaliyyətə başlamışdı. Bu müddətdə həmin qrupun anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaq mümkün idi”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bi...