İran bir həftəyə nüvə silahı yarada bilər - XƏBƏRDARLIQ EDİLDİ

İran bir həftəyə nüvə silahı yarada bilər - XƏBƏRDARLIQ EDİLDİ

"İran cəmi bir həftə ərzində ilk nüvə silahını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir". 

 

Sfera.az xəbər verir ki, Amerika Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun hesabatına görə, İslam Respublikasına altı atom bombası yaratmaq üçün bir ay lazım olacaq.

 

Sənəddə qeyd olunur ki, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yalnız bir hissəsindən (60%-ə qədər) istifadə edərək, qısa müddətdə “kiçik nüvə arsenalı" istehsal edə bilər. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri üçün bu faktı tez bir zamanda müəyyən etmək çətin olacaq.

 

Ekspertlər həmçinin qeyd ediblər ki, İran uranın zənginləşdirilməsi imkanlarını fəal şəkildə genişləndirir.

 

Qeyd edək ki, fevralın 2-də MAQATE-nin rəhbəri Rafael Qrossi “The New York Times” qəzetinə müsahibəsində deyib ki, İran uranın zənginləşdirilməsini 60%-ə çatdırıb və bundan sonra zənginləşdirilən uran nüvə silahı yaratmaq üçün istifadə oluna bilər.


Əzizə


OXŞAR XƏBƏRLƏR

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bi...

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...

"Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi" - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı so...