Banklar hərraclarda dollar alışını artırıb – Nə baş verir?

İqtisadiyyat
13:48 / 06.02.2024
9750
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 79,7 milyon dollar olub və tam təmin edilib.
Xatırladaq ki, son iki ayda keçirilən valyuta hərraclarında bankların dollara yüksək tələbinin olması müşahidə edilir. Belə görünür ki, yüksək tələb fevralda da davam edəcək.
Artıq fevralda iki hərrac baş tutub və bu hərraclarda ümumilikdə 158,4 milyon dollar alınıb. Ötən ilin fevralında hərraclarda ümumilikdə 356,5 milyon dollar alınmışdı. Bu ilin yanvarında olduğu kimi fevralında da tələbin artacağı ehtimalı var.
Vasif