Qazanxanada partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Hadisə
11:47 / 06.02.2024
15035
Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Sfera.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib.
Ona döş və belin küt travması diaqnozu qoyulub: “Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb”.