Yüksək IQ yoxsa münasibətlər həyatda uğur qazanmaqda daha effektivdir?
Yüksək IQ-ya sahib olanları təbrik edirik, lakin IQ həyatda uğur qazanmaq üçün lazım olan hər şey deyilmiş.
Sfera.az bildirir ki, alimlər insanlarla daha yaxşı anlaşan, emosiyalarını daha yaxşı ifadə edən insanların həyatda potensial uğur qazanmağa daha uyğun namizədlər olduğunu iddia edir.
Nədənsə hamı IQ-nun intellektin və uğurun göstəricisi kimi daha etibarlı olduğunu düşünür.
IQ dediyimiz şeyi təyin etsək, bu, riyaziyyat, dil, yaddaş bacarıqları və analitik düşünmə qabiliyyəti kimi xüsusiyyətləri özündə birləşdirən tərifdir. Beynimizin riyazi, daha doğrusu analitik hissəsinin idarə etdiyi vəzifələr IQ ilə bağlıdır.
Riyaziyyatda uğur qazanan şagirdin sosial elmlərdə müvəffəqiyyət qazanan şagirddən daha ağıllı sayılması IQ-ya verilən önəmin göstəricisidir.
Ancaq IQ qədər, bəzi hallarda ondan da çox təsirə malik olan EQ arxa planda saxlanılır.
EQ bizim emosional zəkamızı təmsil edir. Necə düşündüyünüz kimi, bu, ilk növbədə öz hisslərini müəyyən etmək, başqalarının hisslərini başa düşmək və onları nəzarət altına ala bilməkdir. İnsan münasibətlərinin dinamikasını dərk etməsi və bu münasibətlərdə yüksək effektli olması, bir sözlə, sosial bacarıqları onun yüksək EQ göstəricisidir.
Hər iki zəka növünü müəyyən etdikdən sonra gəlin IQ haqqında mifi tez bir zamanda üzə çıxaraq və əsas mövzumuza keçək.
Yüksək IQ uğurumuza heç bir təsir göstərmir.
Düz oxudunuz, tamamilə təsirsizdir.
Biz bunu akademik araşdırmaya əsaslanaraq deyirik. Araşdırmada bir neçə ölkədə məlumat kimi IQ səviyyələri, təhsil və şəxsiyyət testləri götürülüb və onların insanların uğurları ilə əlaqəsi ölçülüb. İştirakçıların uğurlarının yalnız 2%-i IQ-dan asılı olub.
IQ-ni klişeləri dağıtdıqdan sonra sizə uğura gedən yolda işıq salacaq başqa bir xüsusiyyətdən danışaq.
Tədqiqatlar göstərir ki, dərslərdəki uğurunuz və ya imtahanda yüksək bal almağınız gələcək karyera yolunuzda demək olar ki, heç bir fərq qoymur.
Bunlar beyninizin heç vaxt dəyişə bilməyəcəyiniz qabiliyyətinin göstəriciləridir.
İqtisadiyyat 101-dən 70 əvəzinə 85 almaq diplom qiymətinizə təsir edə bilər, lakin işləməyə olan yüksək istəyiniz gələcəyinizi dəyişir.
Həm işgüzar, həm də sosial münasibətlərdə məsuliyyət daşımağa hazır olmaq, öyrənməyə çalışmaq, həyatın bütün sahələrində maraqlı olmaq artıq sizi uğura aparan yolda qoyur. Bunların hamısı emosional zəka və ya EQ ilə əlaqələndirilir.
Yalnız biznesdə deyil, həm də sosial sahədə uğur qazanmaq üçün yaratmalı olduğunuz bir “şəxsiyyət paketi” var.
Bu paketə daxil etməli olduğunuz bəzi şeyləri yuxarıda izah edilənlərdir. Qeyd etdiyimiz xüsusiyyətlərin ən mühüm cəhəti onları öyrənə bilməyimizdir.
Bu xüsusiyyətlər IQ kimi sabit deyillər.
Şəxsiyyət paketinizi yaradarkən, insanın xarakterinin dəyişmədiyi ilə bağlı deyimləri bir kənara qoymağı da öyrənəcəksiniz.
Çünki alimlər çoxdan “insan yeddi yaşında nədirsə, yetmişində də odur” deyən atalar sözlərini elmi cəhətdən əsassız olduğunu sübut ediblər. Elm iddia edir ki, xarakterinizi formalaşdırmaq üçün səy göstərsəniz, başqa bir insan ola bilərsiniz.
Dəyişmək üçün şüurlu səylərimizi bir kənara qoyaq. Yaşadığımız hadisələr və düşdüyümuz vəziyyətlər bizi daim dəyişmirmi?
Bir anlıq özünüzə vaxt ayırın və unutmayın ki, işləmək və ya oxumaq istəməməyiniz sizə ilişib qalan bir xüsusiyyət deyil.
Şəxsiyyət paketinizə etdiyiniz hər yeniləmə sizi həm daha xoşbəxt, həm də daha uğurlu insan edəcək. Özünüzü fərqinə varmadan təkmilləşdiyini gördükcə həyatda axtardığınız mənaya getdikcə yaxınlaşdığınızı hiss edəcəksiniz.
Xanım
Sfera.az