Rusiya Silahlı Qüvvələri Xarkovu bombaladı

Rusiya Silahlı Qüvvələri Xarkovu bombaladı

Rusiya Silahlı Qüvvələri Xarkova yenidən hava zərbələri endirib.  

 

Sfera.az xəbər verir ki, yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində üçmərtəbəli otelin binasına ciddi ziyan dəyib. Bundan əlavə, dağıntılar altından iki qadın və bir kişi çıxarılıb.

 

Məlumatı Ukrayna Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Sinegubov öz Telegram səhifəsində təsdiqləyib.

 

Onun sözlərinə görə, dağıntılar altından iki qadın və bir kişi xilas edilib.

 

Qeyd edək ki, Ukraynada Xarkov, Poltava və Sumı vilayətlərində hava hücumu xəbərdarlığı elan edilmişdi.

 

Yerli Telegram kanalı “Kharkov Life” isə regionda partlayışlar və Belqoroddan raket buraxılışları barədə məlumat yayıb.

 

Aysel 

Sfera.az 


OXŞAR XƏBƏRLƏR