Helikopter bütün heyəti ilə birlikdə müəmmalı şəkildə yoxa çıxdı - Nə baş verib?

Helikopter bütün heyəti ilə birlikdə müəmmalı şəkildə yoxa çıxdı - Nə baş verib?

Rusiyada Mi-8 xidməti helikopteri radarlardan itib. Müəmmalı hadisənin təfərrüatları isə çox qəribədir.


Sfera.az bildirir ki, helikopter Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus olub. Helikopter itkin düşən gün xilasediciləri hadisə yerinə çatdırırmış.
Vertolyotun Kareliyada Oneqa gölü üzərində uçarkən yoxa çıxdığı bildirilir. Təyyarədə üç nəfər olub.


Hava şəraiti ilə əlaqədar axtarışlar çətinləşib. Xilasedicilər hadisə yerinə qar avtomobilləri ilə getməyə məcbur olublar.


Elə həmin gün mediada itkin düşən Mi-8-in “Rus Buz - 2024” beynəlxalq konfransı çərçivəsində keçirilən yarışa getməsi barədə məlumat yayılıb.


Ekipaj Fövqəladə Hallar Nazirliyinin işçilərini təhvil verib, sonra yanacaq doldurmaq üçün Petrozavodska uçub. Tezliklə helikopter radarlardan itib.


Media itkin düşən ekipaj üzvlərinin siyahısını dərc edib:

təyyarə komandiri V. N. Evseev;
ikinci pilot S. A. Nosov;
mexanik Bilida V.P.



Bu gün isə itmiş Mi-8-in başına əslində nə gəldiyi məlum olub. Məlum olub ki, helikopter Oneqa gölünün səthində buzun altına düşüb. İlkin məlumatlara görə, bütün ekipaj həlak olub.


Qeyd olunur ki, axtarışlar aparılan ərazidə xilasedicilər gövdənin bir hissəsini və böyük çuxur aşkar ediblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR