Zalujnı səfir gedir? - "Bu, Ukraynada ənənədir"

Zalujnı səfir gedir? -

Ukraynada Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsinə razılaşıb.


Sfera.az xəbər verir ki, o, bu təyinatı ənənə kimi dəyərləndirib:


"Çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir göndərilən adamlar siyasi təqaüddə gedir. Belə ki, səfir gedənlərdən heç kim geri qayıtmayıb, Ukraynada bu, ənənədir”, - Şevçenko bildirib.


Nəzərinizə çatdıraq ki, son günlər Volodimir Zelenskinin Zalujnıyı işdən çıxaracağı ilə bağlı intensiv xəbərlər yayılıb. Ukrayna prezidenti son müsahibəsində belə niyyətini etiraf edib.



İnci


OXŞAR XƏBƏRLƏR