Maykl Ceksonun qızı hər kəsi təəccübləndirdi - FOTOLAR

Maykl Ceksonun qızı hər kəsi təəccübləndirdi - FOTOLAR

Maykl Ceksonun qızı Los-Ancelesdə keçirilən "Qremmi" mükafatlandırma mərasiminə açıq-saçıq qara paltarda gəlsə də, pərəstişkarları başqa şeyə görə təəccüblənib.
 

Sfera.az bildirir ki, Paris Cekson bu dəfə məşhur tatuları olmadan görüntülənib.

 

25 yaşlı Paris Cekson qırmızı xalçada qara qayışlı daban ayaqqabılarda, “Celin” markalı geyimdə poza verib.


Mərhum müğənninin qızı görünüşünü sallanan sırğa və klaç çanta ilə tamamlayıb. Gənc məşhurun ​​saçları açıq qıvrımlardan ibarət olub və o, yüngül makiyaj edib.


Daha sonra məlum olub ki, Paris bədənindəki döymələri sildirməyib, sadəcə onları gizlətməyə qərar verib.


Qollarında başdan-ayağa və sinəsindən aşağı uzanan çakra dizaynı da daxil olmaqla bütün döymələrini ört-basdır etmək üçün o, makiyaj markası “Cover FX”dən istifadə edib.


Vizajist Paris Ceksonun bədənindəki 80 döymənin hamısını örtmək üçün “Total Cover Cream Foundation” istifadə edib.


Gənc ulduz İnstaqramda bütün döymələrinin örtülməsi prosesini əks etdirən video da paylaşıb.


Mükafatlandırma mərasimindən sonra Paris fərqli bir qara ansamblda görünüb və onu bəbir naxışlı xəz palto ilə tamamlayıb

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR