Rusiyalı futbolçular Türkiyədə əlbəyaxa oldular, canlı yayım KƏSİLDİ

Rusiyalı futbolçular Türkiyədə əlbəyaxa oldular, canlı yayım KƏSİLDİ

Rusiyanın “SKA-Xabarovsk” və “Çelyabinsk” klublarının futbolçuları Türkiyədə yoldaşlıq oyunundan sonra kütləvi davaya başlayıblar. 

 

Sfera.az bildirir ki, oyun 4:3 hesabı ilə Çelyabinsk komandasının xeyrinə başa çatıb.

 

Bundan sonra əlbəyaxa dava düşüb və onun bir hissəsi matçın yayımında qeydə alınıb. Dava başlayandan az sonra canlı yayım kəsilib. 

 

Xatırladaq ki, “SKA-Xabarovsk” Birinci Liqada 11-ci yerdə qərarlaşıb. Çelyabinsk İkinci Liqanın turnir cədvəlində dördüncü yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR