Qvardiola Haalandın "Real"a keçidi barədə: "Ən yaxşıları özümüzə saxlayacağıq"

Qvardiola Haalandın

"Mançester Siti"nin baş məşqçisi Madrid "Real"ının hücumçu Erlinq Haalandla maraqlanmasından danışıb.

 

Sfera.az bildirir ki, baş məşqçi Pep Qvardiola Haalandın klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

 

“Əgər kiməsə Erlinq lazımdırsa, bizə zəng etmək asandır. Bu, məni qətiyyən narahat etmir. Oyunçular diqqətlərini oyuna cəmlədikcə, başqa heç nə önəmli deyil. “Real Madrid”in ən yaxşı oyunçuları istəməsi normaldır. Bu, böyük şərəfdir və o deməkdir ki, biz yaxşı iş görmüşük, xüsusən də Erlinq. Düzdür, mən fəxr edirəm ki, vacib klubların bizim oyunçulara ehtiyacı var, amma son nəticədə qərarları futbolçularımız verir”. 

 

O həmçinin bildirib ki, klub ən yaxşı oyunçuları özünə saxlamaq niyyətindədir.

 

Fatimə Lətif
 


OXŞAR XƏBƏRLƏR